Nazirlər regionda hərbi eskalasiya və artan gərginliyi müzakirə ediblər

13:27 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

Hafta.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumata görə, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.